...

"Tengizşevroyl" Türkiyədəki zəlzələ səbəbindən BTC ilə neft nəqlinə başlaya bilmir

Energetika Materials 21 Fevral 2023 12:57 (UTC +04:00)
"Tengizşevroyl" Türkiyədəki zəlzələ səbəbindən BTC ilə neft nəqlinə başlaya bilmir
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Tengiz və Korolev neft yataqları operatoru "Tengizşevroyl" Türkiyədəki zəlzələ səbəbindən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracına başlaya bilməyib.

Trend bu barədə Qazaxıstan mediasına istinadən xəbər verir.

"Tengizşevroyl"un idarəedici direktoru Kevin Layon Türkiyədəki zəlzələnin yerli infrastruktura, o cümlədən Ceyhan terminalına təsir etdiyini deyib.

O həmçinin hazırda şirkətin sınaq tədarüklərini başlada bilmədiyini və bu səbəbdən marşrutun qeyri-işlək qaldığını əlavə edib.

"Tengizşevroyl" Bakı-Tbilisi-Ceyhan boru kəmərindən mövcud ixrac imkanlarının diversifikasiyasında istifadə etməyə çalışıb. Chevron "Tengizşevroyl"da 50 faiz, ExxonMobil Kazakhstan Ventures Inc. 25 faiz, "KazMunayQaz" və "Lukarko" milli neft-qaz şirkətləri isə müvafiq olaraq 20 faiz və 5 faiz paya malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti