...

Petkim təqribən 900 milyon dollar dəyərində məhsul ixrac edib

Energetika Materials 1 May 2023 14:42 (UTC +04:00)
Petkim təqribən 900 milyon dollar dəyərində məhsul ixrac edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın "Petkim" neft-kimya kompleksi özünün 58 illik tarixi ərazində xalis mənfəət üzrə rekord göstərici (2022-ci ilin yekunlarına görə 6,5 milyard türk lirəsi) əldə edib .

Trend çərşənbə günü xəbər verir ki, bunu "Petkim"in baş direktoru Anar Məmmədov deyib.

"Biz 2022-ci ildə satışlarımızı 2021-ci illə müqayisədə 70 faiz artıraraq 49 milyard türk lirəsinə çatdırmışıq, pul aktivlərimiz isə 13 milyard lirəyə çatıb. 78 ölkəyə 899 milyon ABŞ dolları dəyərində məhsul ixrac etmişik. Nağd pul mövqeyi, etibarlılıq və səmərəli planlaşdırma metodları, səriştəli kadrlar bu artımın təkanverici qüvvələri olub", - deyə o açıqlayıb.

Xatırladaq ki, SOCAR Türkiye "Petkim"i 2008-ci ildə satın alıb. "Petkim" plastik qablaşdırma, parça, PVC, yuyucu vasitələr buraxmaqla Türkiyədə bu kimi məhsulların yeganə istehsalçısıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti