...

Qarabağda yeni SES-lər tikiləcək - Elşən Hacızadə

Energetika Materials 13 İyun 2023 12:42 (UTC +04:00)
Qarabağda yeni SES-lər tikiləcək - Elşən Hacızadə
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Qarabağda 30-a yaxın su elektrik stansiyası bərpa olunub.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, professor Elşən Hacızadə “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda deyib.

"Qarabağ hidroenerji potensialına malik regiondur. Hazırda Qarabağda 30-a yaxın su elektrik stansiyası bərpa olunub. İlin sonunadək digər SES-lərin bərpası üzrə işlər yekunlaşacaq. Yeni stansiyalar inşa ediləcək", - o deyib.

Xatırladaq ki, iyunun 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrası tərəfindən təşkil edilən konfransda Azərbaycanın nüfuzlu dövlət strukturlarının rəsmi simaları, həmçinin özəl müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri, Türkiyə, Rusiya, Ukrayna və Makedoniyanın aparıcı universitetlərinin alimləri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti