...

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır

Energetika Materials 27 İyul 2023 09:52 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 26-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,88 dollar bahalaşaraq 87,76 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,95 dollar bahalaşaraq 86,66 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,89 dollar bahalaşaraq 67,91 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyuıun 26-da 0,88 dollar bahalaşaraq 83,82dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti