...

Aİ Azərbaycandan yalnız Xəzər qazı idxal edir - Avropa Komissiyası

Energetika Materials 22 Sentyabr 2023 20:34 (UTC +04:00)
Aİ Azərbaycandan yalnız Xəzər qazı idxal edir - Avropa Komissiyası
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya qazı Azərbaycandan Avropaya daxil olmur, bu yalnız Xəzərdəki resurslardır.

Trend cümə günü xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Tim Makfi brifinqdə deyib.

"Bu, həcm məsələsidir. Rusiyadan Azərbaycana ixrac olunan qazın həcmi bizim Azərbaycandan idxal etdiyimizdən əhəmiyyətli dərəcədə azdır, buna görə bu tədarüklərdə rus qazı yoxdur", - deyə o, aydınlıq gətirib.

Makfi, həmçinin Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanmış Anlaşma Memorandumunun artıq qüvvədə olduğunu qeyd edərək bu sənədin 2027-ci ilədək Azərbaycan qazının tədarükünün 20 milyard kubmetrədək artırılmasını, elcə də bərpa olunan enerji mənbələri sahəsində geniş əməkdaşlığı nəzərdə tutduğunu əlavə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Qaz kəmərinin ötürücülük gücü 20 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 10 milyard kubmetrdir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti