...

TAP konsorsiumu gələcək üçün biznes strategiyasını təqdim edib

Energetika Materials 12 Oktyabr 2023 16:22 (UTC +04:00)
TAP konsorsiumu gələcək üçün biznes strategiyasını təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu gələcək biznes strategiyasının mühüm məqamlarını açıqlayıb.

Trend xəbər verir ki, konsorsium üç əsas məqsədi güdən kompleks plan müəyyən edib:

- Nəqliyyat imkanlarının genişləndirilməsinə yardım;

- Elektrikləşdirmə yolu ilə karbon neytrallığı: konsorsium Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi yolu ilə karbon neytrallığının əldə olunmasına imkan yaratmağa çalışır. Bu təşəbbüs boru kəmərlərinin istismarı nəticəsində karbon izinin azaldılması üzrə səylərə uyğun gəlir;

- Bərpa olunan qazların tədarükü: TAP bərpa olunan qazların nəqlini təmin etməklə daha təmiz və dayanıqlı enerji mənbələrinə keçidə imkan yaradır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti