...

SOCAR bir ay ərzində “KazMunayQaz”a Bakı-Supsa marşrutu üzrə təkliflər verəcək - KMQ rəhbəri (Özəl)

Energetika Materials 11 Mart 2024 08:58 (UTC +04:00)
SOCAR bir ay ərzində “KazMunayQaz”a Bakı-Supsa marşrutu üzrə təkliflər verəcək - KMQ rəhbəri (Özəl)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) bir ay ərzində “KazMunayQaz” SC-yə (KMQ, Qazaxıstanın milli neft-qaz şirkəti) Bakı-Supsa marşrutu üzrə təkliflər təqdim edəcək.

Bu barədə Trend-ə özəl müsahibəsində “KazMunayQaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev Bakıya səfəri zamanı deyib.

"Cənab Rövşən Nəcəfov (SOCAR prezidenti) ilə görüşdə razılaşdıq ki, bir ay ərzində SOCAR bizə Bakı-Supsa marşrutu, o cümlədən tarif siyasəti ilə bağlı təkliflər verəcək", - deyə o bildirib.

Daha əvvəl Qazaxıstanın Energetika Nazirliyindəki mənbə bildirmişdi ki, Azərbaycan tərəfi ilə ildə 3 milyon tonadək həcmdə Qazaxıstan neftinin Bakı-Supsa neft kəməri ilə nəqlinin mümkünlüyü məsələsi müzakirə olunur.

Bunu daha sonra Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev də bunu təsdiqləyib. “İllik ötürmə qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa kəmərindən istifadə imkanları təhlil edilir. Ümumilikdə bu istiqamətdə bütün maraqlı tərəflərlə müzakirələr davam etdirilir", - deyə A.Satkaliyev hökumət iclası çərçivəsində deyib.

Hələ 2022-ci ildə Azərbaycan Qazaxıstana Bakı-Supsa boru kəmərindən istifadə etməyi təklif etmişdi. Bakı-Supsanın gücü ildə 5-6 milyon ton neft hasilatı təşkil edir.

2023-cü ildə Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə keçən Bakı vasitəsilə 1,39 milyon ton neft nəql edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti