Bakı. Trend:
Ötən il magistral neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər evrir.
Məlumata görə, nəqletmənin 76 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,0 faizini və ya 24172,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,0 faizini və ya 5298,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.