Bakı. Trend:
Ötən il Energetika Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 9128 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlərin 7670-i müvafiq qaydada icra edilib, 1229-u məlumat xarakterli, 229 müraciət isə icradadır.
Bildirilib ki, müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğacların quraşdırılması, icazələr və digər mövzularla bağlı olub.
Qeyd olunub ki, hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 379 vətəndaş qəbul olunub və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.