Bakı. Trend:
Ağdam rayonunun beş yaşayış məntəqəsinin arici elektrik təchizatı ilə təminatı yaxşılaşdırılacaq.
Trend-in əldə etdiyi məlumata görə, sözügedən işlər rayonun Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli yaşayış məntəqələrində aparılacaq.
Belə ki, qeyd olunan kənd yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xətti çəkiləcək.
Artıq bununla bağlı “Azərişıq" Açıq Səhmdar Cəmiyyətində (ASC) müvafiq işlərə start verilib.
ASC hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
Eyni zamanda, qurum görüləcək işlərin müqabilində şirkətə 9,6 milyon manat ödəməyə hazır olduğunu da bildirir.