...

Bu il Azərbaycanda 9,1 milyard manatlıq xam neft və təbii qaz hasil olunub

Energetika Materials 16 Aprel 2025 10:59 (UTC +04:00)
Bu il Azərbaycanda 9,1 milyard manatlıq xam neft və təbii qaz hasil olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 9,1 milyard manat olub.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 311,4 milyon manat və ya 3,3% azdır.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 9,4 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 6,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,8 milyard kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti