Bakı. Trend:
“Azərenerji” ASC və Naxçıvan MR Dövlət Energetika Xidmətinə məxsus istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalına 4,9 milyard m3 təbii qaz sərf edilib.
Trend bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü il ərzində 1 kVt·st elektrik enerjisinin buraxılışına yanacağın xüsusi sərfi 2023-cü illə müqayisədə 255,5 q/kVt·stdan 254,3 qr/kVt·st-a qədər (1,2 qr/kVt·st) azalıb. Bu da 25 min ton şərti yanacağa qənaət deməkdir.
2024-cü ildə respublika üzrə elektrik enerjisinin istehlakı 24,1 milyard kVt·st təşkil edib ki, 2023-cü illə (23,2 milyard kVt·st) müqayisədə 892,3 milyon kVt·st (3,8 %) artıb.