Bakı. Trend:
Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb və müxtəlif mərhələlərdə razılaşdırma mərhələsindədir.
Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, yeni qanunların qəbulu beynəlxalq təcrübədə geniş yayılan normaların Azərbaycanda tətbiqinə imkan verir.
“Xüsusilə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində yüksək nəticələr əldə edilməkdədir. Enerji səmərəliliyi sahəsində də atılan addımlar resurslardan səmərəli istifadəyə şərait yaratmaqdadır. Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində də işlər başa çatmaqdadır”, - deyə nazir müavini qeyd edib.