Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 189,9 milyon ABŞ dolları dəyərində 354 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 72,5 milyon ABŞ dolları və ya 61,7%, həcm ifadəsində isə 163,9 min ton və ya 86,2% çoxdur.
Dövr ərzində Portuqaliya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.