...

SOCAR və "Uniper" arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi imkanları dəyərləndirilib

Energetika Materials 29 Dekabr 2025 12:29 (UTC +04:00)
SOCAR və "Uniper" arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi imkanları dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələri Almaniyanın "Uniper" şirkəti tərəfindən təşkil olunan strateji səviyyəli qarşılıqlı məlumat mübadiləsi proqramında iştirak ediblər.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Proqramın məqsədi SOCAR və "Uniper" arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, idarəetmə, insan kapitalı, kommunikasiya və sosial sahələrdə qabaqcıl bilik və təcrübələrin paylaşılması olub.

Tədbir çərçivəsində iştirakçılar, həmçinin dəyişikliklərin idarə olunması, rəqəmsal texnologiyaların tətbiqi, qlobal qaz bazarlarının inkişaf perspektivləri, media və kommunikasiya, sosial məsuliyyət və təhlükəsizlik sahələrində aktual məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

Xatırladaq ki, bu ilin oktyabrın 3-də SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti