...

SOCAR-ın idarəsi qeyri-neft ixracından 360 milyon dollara yaxın gəlir əldə edib

Energetika Materials 30 Dekabr 2025 10:35 (UTC +04:00)
SOCAR-ın idarəsi qeyri-neft ixracından 360 milyon dollara yaxın gəlir əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 358,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları aparıb.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 milyon ABŞ dolları və ya 6,4% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti