...

Azərbaycan ilə “ACWA Power” şirkəti elektrik enerjisinin istehsalı və ötürülməsini müzakirə ediblər

Energetika Materials 7 Yanvar 2026 14:50 (UTC +04:00)
Azərbaycan ilə “ACWA Power” şirkəti elektrik enerjisinin istehsalı və ötürülməsini müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, görüşdə “ACWA Power” şirkəti Azərbaycanın enerji sektorunda mühüm tərəfdaşı kimi qiymətləndirilib və bu əməkdaşlığın Səudiyyə Ərəbistanı ilə qardaşlıq əlaqələrinin bariz göstəricisi olduğu vurğulanıb. Hazırda şirkətlə birgə həyata keçirilən və strateji əhəmiyyət daşıyan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin əhəmiyyətindən bəhs edilib. Külək elektrik stansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla başa çatdığı və bu prosesdə birgə əməkdaşlığın rolu qeyd olunub.

Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti