...

SOCAR-ın “Kompleks qazma işləri” tresti “Qərbi Abşeron” yatağında daha bir quyunun qazıntısını başa çatdırır

Energetika Materials 26 Yanvar 2026 11:07 (UTC +04:00)
SOCAR-ın “Kompleks qazma işləri” tresti “Qərbi Abşeron” yatağında daha bir quyunun qazıntısını başa çatdırır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Kompleks qazma işləri” tresti tərəfindən 2026-cı ilin qazma plan-qrafikinə uyğun olaraq növbəti uğurlu qazma əməliyyatı həyata keçirilib.

Trend bu barədə "SOCAR CDWT"yə istinadən xəbər verir.

Belə ki, “Qərbi Abşeron” yatağında yerləşən 28a saylı yan lülə quyusu SOCAR tarixində bu günədək ən uzun horizontal açıq lüləylə (522 metr) tamamlanan quyu kimi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəlki rekord göstərici (515 metr) 2025-ci ilin sonlarında eyni yataqda qazılmış 25a saylı quyuda qeydə alınıb. Bununla KQİT, 2025-ci ildə əldə etdiyi rekordu yeniləyərək yeni bir rekorda imza atmışdır.

Quyuda qazma prosesi Geoloji Xidmət tərəfindən təqdim edilmiş faktiki karotaj məlumatları əsasında və verilmiş tapşırıqlara uyğun olaraq geonaviqasiya müşayiəti (geosteering) xidməti formatında həyata keçirilmişdir.

Əldə olunan bu uğurlu nəticələr “Azneft” İB, KQİT və əməkdaşlıq etdiyi servis şirkətlərin yüksək peşəkarlığının, güclü texniki potensialının və davamlı inkişaf strategiyasının bariz göstəricisidir.

Qeyd edək ki, “Qərbi Abşeron” yatağı Xəzər dənizinin Abşeron arxipelaqının şimal-qərbində və Abşeron yarımadasının şimalında, Bakı şəhərindən 65 km məsafədə yerləşir. “Qərbi Abşeron” yatağı 1958-ci ildə kəşf edilib və ərazi sərt iqlim və meteoroloji şəraitlə xarakterizə olunur. Strukturun neftlə doyumluluğu məhsuldar zonanın Kirməki və Aşağı Kirməki layları ilə əlaqədardır və həmin laylarda hasilata 1996-cı ildə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti