...

bp "Azəri-Çıraq-Günəşli" yatağında 2025-ci il üzrə ümumi hasilat həcmini açıqladı

Energetika Materials 12 Fevral 2026 12:43 (UTC +04:00)
bp "Azəri-Çıraq-Günəşli" yatağında 2025-ci il üzrə ümumi hasilat həcmini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycana aid sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 2025-ci ildə neftin ümumi hasilat həcmi orta hesabla günə 330 min barrel təşkil edib.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

2024-cü ildəki günə 342 min barrel göstərici ilə müqayisədə bu, illik ifadədə 3,5 faiz azdır.

“2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 330 000 barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.

2025-ci ildə AÇG iki mühüm hadisəni qeyd etdi. Fevralın 18-i Mərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 ili tamam oldu. Mərkəzi Azəri indiyədək ümumilikdə 1,2 milyard barrel (157 milyon ton) neft hasil etməklə AÇG platformaları arasında ən yüksək hasilat göstəcisinə malikdir. Daha sonra, dekabrın 30-u Qərbi Azəri platformasından ilk neft hasilatının 20 ili tamam oldu. Bu platformadan isə indiyədək 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.

2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub”, - hesabatda qeyd olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak paylarının bölgüsü aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti