...

AÇG-dən səmt qazının nəqli artıb

Energetika Materials 12 Fevral 2026 13:18 (UTC +04:00)
AÇG-dən səmt qazının nəqli artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilib.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Məlumata əsasən, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Müqayisə üçün, 2024-cü ildə AÇG-dən səmt qazının nəqli günə 7 milyon kubmetr təşkil edib. Beləliklə, nəql olunan səmt qazının həcmi illik ifadədə 14,3 faiz artmış olub.

Qeyd edək ki, 2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Ortaillik hasilat təqribən günə 330 000 barrel təşkil edib. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 330 000 barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak paylarının bölgüsü aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti