Bakı. Trend:
1997-ci ilin noyabrında kommersiya istismarına başlanıldığı vaxtdan 2025-ci ilin sonunadək Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında təxminən 4,6 milyard barel neft hasil edilib.
Bu barədə Trend bp-yə istinadən xəbər verir.
Bildirilib ki, həmin müddət ərzində 61 milyard kubmetr səmt qazı ixrac olunub.
Qeyd edək ki, 2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib il üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 330 000 barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
AÇG-də iştirak payları aşağıdakı kimidir:
bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).
