Azərbaycanın neft qiymətlərinin həftəlik icmalı

Energetika Materials 25 May 2026 09:48 (UTC +04:00)
Azərbaycanın neft qiymətlərinin həftəlik icmalı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Ötən həftə "Azeri Light CIF", "Dated Brent" və "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri artıb, Urals markalı neftin orta qiyməti isə azalıb.

Trend-in məlumatına görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən "Azeri Light CIF" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,03 ABŞ dolları və ya 0,03 faiz artaraq 114,39 ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 118,16 ABŞ dolları, minimal qiyməti isə 110,05 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 112,03 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,27 ABŞ dolları və ya 0,2 faiz yüksəkdir. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 115,71 ABŞ dollarına, ən aşağı qiymət isə 107,73 ABŞ dollarına çatıb.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,21 ABŞ dolları və ya 0,2 faiz azalaraq bir barel üçün 90,05 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 94,22 ABŞ dolları, minimal qiymət isə 85,05 ABŞ dolları olub.

"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 111,67 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 1,86 ABŞ dolları və ya 1,7 faiz çoxdur. Həftə ərzində bir barel üçün maksimal qiymət 114,90 ABŞ dolları, minimal qiymət isə 107,23 ABŞ dolları olub.

Neft/Tarix

18.05.2026

19.05.2026

20.05.2026

21.05.2026

22.05.2026

Orta qiymət

Azeri LT CIF

$118.16

$117.30

$112.32

$114.14

$110.05

$114.39

Azeri Light FOB Ceyhan

$115.71

$114.90

$109.97

$111.82

$107.73

$112.03

Urals (EX NOVO)

$94.22

$93.43

$88.03

$89.52

$85.05

$90.05

Dated Brent

$114.90

$114.68

$109.83

$111.71

$107.23

$111.67

Məqalədə:

Xəbər lenti

Xəbər lenti