...

AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏ DƏYİŞİB

Energetika Materials 22 İyun 2005 12:25 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən,iyunun 21-də bir barel AZERI LT CIF neftinin qiyməti$57, 07 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,29 çoxdur. AzeriLightneftinin sıxlığı APIüzrə 34,4 dərəcə təşkil edir.

İyunun 21-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $52,65 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,24 azdır. URAL neftinin sıxlığı APIüzrə 32 dərəcə təşkil edir.
İyunun 21-də bir barel Brent (DTD) neftinin qiyməti $56,99 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,07 azdır. DTDneftinin sıxlığı APIüzrə 38,3 dərəcə təşkil edir.
AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti