...

Azərenerji paylayıcı şəbəkələrin işi üzrə idarə yaradır

Energetika Materials 12 Dekabr 2005 13:22 (UTC +04:00)

Azərbaycan prezidentinin Bayva-nın "Gəncəelektrikşəbəkə" və "Əlibayramlıelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarə olunmasında hüquqlarının ləğvi və hər iki SC-in Azərenerji SC-in tərkibinə verilməsi barədə sərəncamı ilə əlaqədar ölkənin baş milli enerji idarəsində onların səmərəli idarə olunması, şəhər və rayonların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, elektrik enerjisinə görə vəsaitin tam şəkildə yüığılması ilə bağlı tədbirlər işlənib hazırlanır. Trend in məlumatına görə, bu barədə Azərenerji SC-nin dekabrın 12-də yayüılmış press-relizində bildirilir.

SH-in vitse-prezidenti Malen Əsgərovun sözlərinə görə, ilk növbədə, paylayıcı şəbəkələrin işi üzrə idarə yaradılacaq ki, onun funksiyasına müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə iki SC-i idarə etməkdən imtina etmiş Bayva-nın səlahiyyətlərinin "qəbulu" ilə bağlı hüquqi və maliyyə aspektlərini nizamlamaq daxildir.

Ehtimal edilir ki, SC yeni idarəsi bu şəbəkələrdəki iişlərə nəzarət edəcək və əlaqələndirəcək, uçot həyata keçirəcək. Lakin M.Əsgərovun sözlərinə görə, enerji idarəsində bu strukturun funksiya və səlahiyyətləri hələ müəyyən edilməyib. Hökumət və müvafiq nazirliklər səviyyəsində bu məsələ ilə bağlı razılaşdırmalar aparılır.

Onun sözlərinə görə, Barmek Azərbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerji paylayıcı şəbəkələrinin operatoru) şirkətində vəziyyət heç də bundan az gərgin deyil. "Şirkət tərəfdən müqavilə öhdəlikləri çox kobud şəkildə pozulur. Bu şirkət Azərenerji-dən alodığı elektrik enerjisinin haqqını lazımi səviyyədə ödəmək iqtidarında deyil. Bizi müqavilənin digər bəndləri üzrə də ciddi pozuntular var", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti