Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanın Poti və Batumi limanları ilə dizel yanacağının ixracı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi 200 min ton L-62 növlü dizel yanacağı ixrac edəcək Fransanın Total şirkətidir.
AR DNŞ nümayəndəsinin sözlərinə görə, "Heydər Əliyev adına" NEZ-in (keçmiş Azərneftyanacaq) istehsalı olan neft məhsulu 2006-cı il ərzində yüklənəcək. Yanvar-noyabr aylarında AR DNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən "Heydər Əliyev adına" NEZ-dən təxminən 410 min ton dizel yanacağı ixrac olunub.