...

AR DNŞ Bakı NEZ-də katalitik krekinq qurğusunun işini dayandırıb

Energetika Materials 9 Fevral 2006 18:32 (UTC +04:00)

Heydər Əliyev adına (keçmiş Azərneftyanacaq) Bakı NEZ-də AR DNŞ bu ilin mart ayının ilk ongünlüyünədək plana əsasən avtomobil benzini və digər neft məhsulları istehsal edən katalitik krekinq qurğusunun işini təmir üçün dayandırıb. Bunun nəticəsində avtomobil benzini və maye qazının ixracı dondurulacaq. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, zavodda müəyyən neft yanacağı yığımı vardır və bu, tamamilə Azərbaycanın daxili bazarına yönəldiləcək.

2005-ci ilin dekabrın sonunda AR DNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı ildə 50 min ton avtomobil benzininin tədarükünə dair müqavilə imzalayıb Neft məhsulu Petrofarm üçün FOB şərtilə Azərneftyaq (AR DNŞ-in tərkibinə daxildir) NEZ-in balansında olan 20 saylı körpüdən yüklənəcək. Petrofarm Xəzər dəniz gəmiçiliyinin tankerləri ilə benzini İranın Neka limanına çatdıracaq.

Həmçinin AR DNŞ-in 2006-cı ildə Gürcüstanın "Saknaftobtransi" dövlət şirkətinə avtomobil benzininin tədarükünə dair müqaviləsi vardır. Mart ayından bu şirkətə ayda 20 min ton benzin tədarük olunacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti