...

Mərhələ 3 çərçivəsində qazma modulları və yaşayış blokları Bakıya çatdırılıb

Energetika Materials 21 İyun 2006 16:14 (UTC +04:00)

Mərhələ 3 çərçivəsində qazma, texnoloji təchizat və yaşayış platformasının (QTTY) qazma modulları və yaşayış blokları artıq Bakıya çatdırılıb. Trend agentliyinin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) istinadən yaydığı məlumata əsasən, bu moddullar Niderland və İsveçdədən gətirilib. ABƏŞ-in qazma modullarının quraşdırılması üzrə podratçısı Merkon Still Strakçəz şirkəti bu modulların inşasına 2004-cü il sentyabrın sonunda, AÇG Mərhələ 3 layihəsinə sanksiya verildikdən sonra başlayıb.

Tikinti işləri 2006-cı ilin martında başa çatıb. Qazma buruğu da daxil olmaqla bu modulların ümumi quru çəkisi təxminən 3.700 tondur. Qazma, texnoloji təchizat və yaşayış platforması üçün qazma modulları üç əsas tərkib hissəsindən ibarətdir: yardımçı qazma modulu, qazma avadanlığı komplekti və qazma buruğu. Bu modullar qazma, texnoloji təchizat və yaşayış platformasının bütün istismar müddəti ərzində 48 quyu gövdəsində qazma əməliyyatını təmin etmək üçün layihələşdirilib.

Vertolyot meydançası da daxil olmaqla, yaşayiş platformasının yaşayış bloku ümumilikdə 48 mini moduldan quraşdırılacaq. Yaşayış modulları elə layihələşdirilib ki, dənizdə platformanın montaj və quraşdırma işləri aparılan zaman üç yüz çarpayılıq yaşayış yeri təmin etsin. Sonralar isə platformanın istismar müddəti ərzində bu yaşayış bloku iki yüz çarpayılıq bir modula çevriləcək.

Həm qazma modulları, həm də yaşayış blokları hazırda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun platformanın üst modulları inşa olunan sahəsində boşaldılır. Bu moddularının quraşdırılması MCCI şirkəti tərəfindən növbəti aylarda başlanacaq.

Xəbər lenti

Xəbər lenti