...

İyulda BTC boru kəməri ilə 787 min tondan çox neft nəql olunub

Energetika Materials 4 Avqust 2006 13:37 (UTC +04:00)

Cari ilin iyul ayı ərzində Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə 787 min 011 ton Azərbaycan nefti nəql olunub (iyunda 422 min 889 ton neft). Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

İyul ayında Ceyhan limanından 9 tankerdən ibarət 811 min 835 ton neft dünya bazarlarına çıxarılıb.

İxracın əvvəlindən isə bu kəmərə 1 milyon 999 min 103 ton neft vurulub. Ümumiyyətlə, BTC kəməri işə düşəndən avqust ayının 1-ə qədər Ceyhan limanından 1 milyon 60 min 999 ton neft (12 tanker) dünya bazarlarına çıxarılıb.

Xəbər lenti

Xəbər lenti