...

Yaxın vaxtlarda Ləğvetmə komissiyasının Bayva şəbəkələri üzrə işi başa çatacaq

Energetika Materials 5 Avqust 2006 11:15 (UTC +04:00)

Bu yaxınlarda Ləğvetmə komissiyasının Bayva şirkətinin paylayıcı şəbəkələrinin idarəedilməsi üzrə işi başa çatacaq və bu şəbəkələr "Azərenerji" SC-nin tam idarəsinə veriləcək. Bu barədə Trend ə SC-dən məlumat verilib.

Hazırda "Azərenerji" paylayıcı şəbəkənin bərpasını və abunəçilər üçün sayğacların quraşdırılmasını həyata keçirir. SC-nin qiymətləndirmələrinə görə, şəbəkələrin tam bərpasına təxminən $800 mln vəsait lazımdır.

Ləğvetmə komissiyasının işi başa çatdıqdan sonra SC şəbəkələrin tamhüquqlu idarəsinə başlayacaq. Hazırda şəbəkələrin və abunəçilərin inventarlaşdırılması prosesi başa çatıb.

Xəbər lenti

Xəbər lenti