MDB Neft-Qaz Sənayesi və Neft-Qaz Kompleksinin Tikintisi İşçilərinin Həmkarlar İttifaqı Konfederasiyasının baş katibi Məlik Mirzəyev avqustun 16-da Bakıya gəlir. Bu barədə Trend ə Respublika Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Cahangir Əliyev bildirib.
Onun sözlərinə görə, səfər zamanı tərəflər arasında əməkdaşlığın inkişaf perspektivləri, Azərbaycan və Rusiya komitələrinin 10 illiyi münasibətilə noyabrda keçiriləcək tədbirlər, eləcə də əməkdaşlıq haqqında komitələr arasında imzalanması planlaşdırılan sazişin hazırlanması üzrə cari vəziyyət müzakirə olunacaq.