...

Sənaye və Energetika Nazirliyində Çin səfirliyinin nümayəndəsi ilə görüş keçirilib

Energetika Materials 18 Avqust 2006 12:13 (UTC +04:00)

Azərbaycanın Sənaye və Energetika Nazirliyində Çin Xalq Respublikasının səfirliyinin iqtisadiyyat müşaviri Vanq Zuoyan ilə görüş keçirilib. Trend xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.

Görüş zamanı ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi, xüsusilə də Azərbaycanın qeyri-neft sektorunun inkişafı və bu məsələdə Çinin təcrübəsinin öyrənilməsi sahəsində fikir mübadiləsi aparılıb. Bu təcrübə respublika şəraitində sənayenin inkişafında tətbiq olunacaq.

Tərəflər həmçinin Çində yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin yaxşılaşdırılması və sənayenin müxtəlif sahələrinin inkişafı üçün dövlətin özəl sektoru dəstəkləməsi məsələlərini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti