...

"BP Azərbaycan" "Qərbi Azəri"də üçüncü istismar quyusunun qazılmasına hazırlaşır

Energetika Materials 29 Sentyabr 2006 17:16 (UTC +04:00)

"BP Azərbaycan" oktyabrın ortalarınadək "Azəri" yatağının qərb hissəsində quraşdırılmış platformada üçüncü istismar quyusunun qazılmasına başlamaq niyyətindədir. Bu barədə Trend ə "BP Azərbaycan" şirkətindən məlumat verilib. Quyunun layihə dərinliyi 3900 metrə yaxındır.

Ötən həftə "BP Azərbaycan" həmin platformada ikinci istismar quyusunun qazılmasını başa çatdırıb.

Bu il "Qərbi Azəri" platformasında cəmi 4 hasilat quyusunun qazılması planlaşdırılır. Yataqda hasilat bu ilin yanvarında başlanıb.

"Azəri", "Çiraq" yataqlarının və "Günəşli"nin dərinsulu hissəsinin işlənilməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb və elə həmin ilin dekabr ayının 12-də qüvvəyə minib. Layihənin iştirakçıları BP (34,1367% - operator), Chevron (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%), Amerada Hess (2,7%), ARDNŞ (10%), Inrex Corr. (10%), ITOCHU Oil (3,9205%), Statoil (8,5633%) və TPAO (6,75%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti