...

AzəriFugro BM Qazaxıstanda Agip KCO üçün işləri başa çatdırdı

Energetika Materials 30 Oktyabr 2006 18:26 (UTC +04:00)

"AzəriFugro" Azərbaycan-Niderlandiya birgə müəssisəsi "Agip KCO" şirkətinin sifarişi ilə Xəzər dənizinin Qazaxıstan sektorunda geotexniki işləri tamamlayıb. Bu barədə Trend ə şirkətdən məlumat verilib. İşlər dənizdə Atırau şəhəri yaxınlığında görülüb. Bu işlərin gələn il davam edəcəyi güman edilir.

Şirkət süxurun mühəndis xüsusiyyətlərini, eləcə də boru kəmərinin süni adadan sahilə qədər çəkilməsi üçün geotexnikanı araşdırıb.

Bu layihə üzrə işlərin bir hissəsi ötən il yerinə yetirilib. Geotexniki quyuların qazıntısı Qazaxıstan tərəfinə məxsus barjadan aparılıb.

Xəbər lenti

Xəbər lenti