...

ARDNŞ yeni qaz quyusu istismara verib

Energetika Materials 31 Oktyabr 2006 13:29 (UTC +04:00)

ARDNŞ-in "Abşeron" Qazma İşləri İdarəsi avqustun sonunda nəzərdə tutulan 21300 metrə qarşı 21310 metr qazıb. Cari ilin 10 ayının yekunları üzrə kollektiv 31291 metr həcmində qazma işləri həyata keçirib. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

"Abşeron" Qİİ "Balaxanıneft" yatağındakı №3979 saylı qaz quyusunda qazma işlərini başa çatdırıb. Quyunun dərinliyi 1350 metr təşkil edir. Hazırda bu quyudan sutkada 60 000 kub metr qaz hasil edilir.

Tezliklə idarənin kollektivi "Türkan" yatağında yerləşən 1601 saylı kəşfiyyat quyusnda qazma işlərinə başlayacaq. Hazırda layihə dərinliyi 4000 metr olan bu quyuda hazırlıq işləri görülür.

Xəbər lenti

Xəbər lenti