...

Xaçmaz modul elektrostansiyasının tikintisində yeni texnologiya tətbiq ediləcək

Energetika Materials 9 Noyabr 2006 17:47 (UTC +04:00)

Xaçmaz modul elektrostansiyasının tikintisi işləri bitmək ərəfəsindədir. Trend -in məlumatına görə, bunu "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidməti bildirib. Bu yarımstansiyanın işə salınması Azərbaycanın şimal rayonlarına daha keyfiyyətli və etibarlı xidməti təşkil edəcək. Hazırda tikinti işləri bitib. Sazlama işləri başlayır ki, bundan sonra işə salınmadan əvvəl testlər keçiriləcək.

Eyni zamanda stansiyada istehsal olunan elektrik enerjisini ötürən 110 kilovatlıq yarımstansiyanın tikintisi də başa çatıb. Bunun üçün yeni EÖX çəkilib.

Xaçmaz yarımstansiyasında ilk dəfə istilik enerjisinin istifadəsi üzrə yeni texnologiya tətbiq ediləcək. Hazırda istixananın yaradılması və avadanlıqlaşdırılmasına dair danışıqlar gedir. Onun qızdırılması üçün stansiyanın soyutma sistemindən xaric olunan sudan istifadə ediləcək. Bu, stansiyanın hazırda 46% səviyyəsində müəyyənləşən FİƏ-nı artırmağa imkan verəcək.

Analoji stansiyaların tikintisində olduğu kimi bu elektrik stansiyasının da tikintisində podratçı fin şirkəti "Wartsila"-dır.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC-yə Bakıda, Naxçıvanda, Astara, Xaçmaz və Şəki rayonlarında 52 belə qurğunun tikilməsi və təhvil verilməsini təmin etmək tapşırılıb.

2006-cı ildə Bakı TEK-2 ərazisində 12, Naxçıvanda 10 və Xaçmaz və Şəkidə hərəsində 10 belə elektrik stansiyası yaradılacaq. Onlar "Azəriqaz" QSC-nin təchiz edəcəyi təbii qazla işləyəcək. Bu elektrik stansiyaları hər birinin gücü 8,7 Mvt olan enerji modullarından ibarət olacaq.

Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerji istehsalının həcmini 450-460 MVt-a kimi artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti