...

Çin şirkəti Azərbaycanda yarımstansiyanın tikinti layihəsinin TİƏ-ni hazırlamağa başlayıb

Energetika Materials 25 Dekabr 2006 15:33 (UTC +04:00)

Azərbaycanın şimalında 330 kV gücə malik Xaçmaz yarımstansiyasının tikintisi üçün tenderin qalibi olmuş Çinin CNEEC şirkəti layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıb. 2007-ci ilin birinci rübündə layihə reallaşdırılmağa başlayacaq. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

"Azərenerji" səhmdar cəmiyyəti Çinin CNEEC şirkəti ilə təxminən 16 mln. ABŞ dolları məbləğində müqavilə imzalayıb.

Tender proseduru məsləhətçi Darl- həndas ərəb konsaltinq şirkəti ilə birgə aparılıb. Altı iddiaçı öz təkliflərini təqdim edib: Almaniyanın Siemens şirkəti, ABB İsveçrə-İsveç şirkəti, Fransanın Areva şirkəti, İranın Sunir və NEC və Çinin CNEEC şirkəti.

Xaçmaz rayonunda müasir 330 kilovoltluq yarımstansiyanın tikintisi "2004-2008-ci illərdə bölgələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı" və "2005-2015-ci illərdə yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət proqramı"na daxil edilib. Layihənin realaşdırılmasına İİB illik 6% olmaqla 12 il müddətinə 13,508 mln. dollar həcmində kredit ayırıb.

"Xaçmaz" yarımstansiyası enerji sisteminin manevr etmə qabiliyyəti baxımından da böyük əhəmiyyətə malikdir. O, Rusiya ilə elektrik enerjisi mübadiləsi aparılan Yaşma-Dərbənd elektrik-ötürücü xəttindən qidalanacaq. Hazırda belə yarımstansiya olmadığından, "Azərenerji" Yaşmada RF-dən elektrik enerjisi alaraq, şimal bölgələrini enerji ilə təchiz etmək üçün onu geriyə - sərhəddə nəql etməyə məcburdur. Gələcəkdə bölgədə paylaşdırma funksiyalarının yeni yarımstansiyanın üzərinə qoyulacağı, qalan həcmin isə Bakının təchizatı üçün ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti