...

Azərbaycan Gürcüstana maye qaz tədarükünü hissə-hissə bərpa etməyə başlayıb

Energetika Materials 19 Yanvar 2007 12:49 (UTC +04:00)

Azərbaycan keçən ilin oktyabr ayında Gürcüstana müvəqqəti olaraq dayandırılmış maye qaz tədarükünü hissə-hissə bərpa etməyə başlayıb. Gürcüstanın Energetika Nazirliyindən Trend müxbirinə bildiriblər ki, Azərbaycandan tədarük dayandırılan zaman topdan satış qiyməti Azərbaycandan alınan maye qazın qiymətindən 150-160 dollar çox olan maye qaz Türkmənistandan idxal edilməyə başlayıb.

Nəql xərcləri də daxil olmaqla Türkmənistandan alınan maye qazın 1 tonu 500 dollara çatır. Bu səbəbdən Acarıstanda və Gürcüstanın qazlaşdırılmamış yüksək dağ regionlarında maye qazın qiyməti əhəmiyyətli dərəcədə artıb.

Xəbər lenti

Xəbər lenti