...

ARDNŞ "Naxçıvan" dəniz strukturunda geotexniki tədqiqat işləri apara bilər

Energetika Materials 5 Mart 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin geofizika və geologiya idarəsi Neft Şirkətindən "Naxçıvan" dəniz strukturunda geotexniki işlərin aparılması üçün sifariş gözləyir. Bu barədə məlumatı ARDNŞ-dən veriblər.

Hazırda Neft Şirkəti bu strukturda qazma kəşfiyyat işlərinə başlamaq imkanlarını nəzərdən keçirir. Kəşfiyyat quyusunun qiyməti 60 mln. dollar civarında dəyərləndirilir. Bu istqamətdə istifadə olunması nəzərdə tutulan Heydər Əliyev adına qazma qurğusunun sahibləri ilə danışıqlar aparılır.

ARDNŞ-in kəşfiyyat quyusu qazılma perspektivlərini oyrəndiyi "Naxçıvan" strukturunda neft tapılması dərinliyi 6 200 metr, "Babək" strukturunda isə 6 400 hesab olunur.

Həmçinin riskləri aqazaltmaq üçün bu layihəyə xarici şirkətlərin cəlb olunması məsələsinə də baxılır. Hazırda ARDNŞ-in "Naxçıvan" strukturunda bir quyusu var, bunu ExxonMobil şirkəti qazib. Lakin quyu yatağın konturuna düşüb.

Xəbər lenti

Xəbər lenti