...

Azərbaycan Gürcüstana qaz çatdırmalarını başa vurur

Energetika Materials 31 Mart 2007 13:08 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Bu gün Azərbaycan öncə "Azəriqaz" QSC ilə əldə olunmuş razılıq əsasında Gürcüstana qaz çatdırmalarını başa vurur. Razılığa əsasən, 105 mln. kub metr qaz çatdırılmalıdır və bu həcm bu günün sonuna qədər nəql olunacaq. Bu barədə şənbə günü hökumətdən məlumat verilib. Gürcüstan üçün qazın qiyməti 1 min mub metr üçün 120$ təşkil edir.

Azərbaycan qazının Gürcüstana çatdırılmasının davam etdirilməsi hazırda müzakirə olunur.

Bu gün Gürcüstana hər sutka təxminən 2,3 mln. kub metr qaz çatdırılır. Bunun 1,3 milyonu "Azəriqaz" QSC-lə ilə razılığa əsasən, köhnə Bakı-Tiflis boru kəməri və 1 mln. kub metri isə "Şahdəniz" yatağından Cənubi Qafqaz boru kəməri vasitəsilə çatdırılır.

Gürcüstanın "Şahdəniz" yatağından 1000 kub metrə 63$ qiymətə əldə edəcəyi zəmanətli həcm bu il 250 mln. kub metr təşkil edəcək. Əlavə həcmlər və onların qiyməti danışıqlar predmetidir.

Bu ilin sonuna qədər Gürcüstan əhalisinin qazla təminatı üçün təxminən 962 mln. kub metr qaz lazımdır. Əgər Azərbaycan Gürcüstana hər sutkada təxminən 2,5 mln. kub metr qaz çatdırmağı davam etdirsə, bu, tələbatı tam ödəməyə imkan verəcək və Gürcüstan əhali üçün Rusiya qazının idxalından imtina edə bilər.

Xəbər lenti

Xəbər lenti