...

Bakıda ekologiya üzrə beynəlxalq olimpiada keçiriləcək

Energetika Materials 4 Aprel 2007 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev /Bakıda cümə axşamı günü ətraf mühitin mühafizəsi üzrə beynəlxalq olimpiada INEPO EUROASIA başlayacaq. Olimpiadanın təşkilatçıları qismində Azərbaycan Dövlət Neft Şirkəti, Ekologiya və təbii sərvətlər, Təhsil və Fövqəladə Hallar nazirlikləri, həmçinin "Cag" çıxış edir.

Olimpiadada dünyanın 17 ölkəsi - Azərbaycan, Türkiyə, Əfqanıstan, İraq, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Rusiya, Albaniya, Nigeriya, Rumıniya, Pakistan, Moldova, Hindistan, İndoneziya, Ukrayna və Tacikistandan olan məktəblilər iştirak edəcək. Olimpiadada iştirak etmək üçün 203 layihədən biologiya, kimya, sosiologiya, fizika üzrə 50 layihə seçilib.

Olimpiadanın keçirilməsinin məqsədi Azərbaycanda və dünyada artan ekoloji problemlərlə əlaqədar gənc nəsli ətraf mühitin mühafizəsi və saxlanması mövzuları üzrə maarifləndirmək, məktəblilər arasında ekoliji maarifləndirmənin inkişafı, təbii, mədəni və sosial-estetik dəyərlərin mühafizəsidir.

Olimpiada Bakıda İdman Sarayında (keçmiş Əl Oyunları Sarayı) keçiriləcək.

Tədbirlər Azərbaycan prezidentinin "Əhalinin ekoloji tədrisi və maarifləndirilməsi", "Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması" haqqında sərəncamları və 2006-2010-cu illər üçün Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə təsdiq olunmuş tədbirlər planı və 2007-ci ilin "Gənclər İli" elan olunması əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti