...

Azərbaycan neftinin qiyməti: 2-6 aprel həftəsinin yekunları

Energetika Materials 9 Aprel 2007 13:07 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 2-6 aprel həftəsinin yekunları

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/2-6 aprel həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $68,29/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,3/barr və ya 3,4 faiz çoxdur.

2-6 aprel həftəsindəAZERI LT neftinin maksimal qiyməti $68.98/barr, minimal qiyməti isə $67,84/barr tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

2-6 aprel həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $63,36/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,46/barr və ya 4 faiz çoxdur.

2-6 aprel həftəsində URAL neftinin maksimal qiyməti $63,66/barr, minimal qiymət isə $62,66/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

2-6 aprel həftəsindəBrent Dated neftinin orta qiyməti $68,69/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2.66/barr və ya 4 faiz çoxdur.

Brent neftinin maksimal qiyməti $69,48/barr, minimal qiymət isə $68,23/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

2007-ci ilin əvvəlindən CIF şərti ilə Auqusta limanına çatdırılan Azeri Light neft növünün orta qiyməti $58,68/barr təşkil edib. Bu da 2006-cı ilin analoji göstəricisindən $7,12/barr azdır. 2005-ci ildə Azeri Light CIF Auqusta-nın orta qiyməti $55/barr təşkil edib, bu da 2004-cü ilin analoji göstəricisindən $15/barr çoxdur.

2007-ci ilin əvvəlindən Azeri LT CIF-in Brent Dated üzrə orta qiyməti $0,75/barr təşkil edib. Bu göstərici 2006-cı ildə $0,25/barr olub. 2005-ci ildə Azeri LT CIF-in Brent Dated üzrə orta qiyməti $0,66/barr təşkil edib. Bu göstərici 2004-cü ildə $0,90/barr olub.

Xəbər lenti

Xəbər lenti