...

Koreya Azərbaycanda külək enerjisi almaq üçün avadanlıq istehsal edən zavod tikəcək

Energetika Materials 12 Aprel 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Koreya Azərbaycanda külək enerjisi almaq üçün avadanlıq istehsal edən zavod tikmək niyyətindədir. Bu barədə cümə axşamı sənaye və energetika naziri Natiq Əliyevlə görüşündə Koreyanın Azərbaycandakı səfiri Myu Kvan Çxon məlumat verib.

Yaxın zamanlarda Koreya və Azərbaycan arasında elektroenergetika sahəsində geniş əməkdaşlığın başlanmasını nəzərdə tutan sənədin imzalanması planlaşdırılır.

Nazir bildirib ki, Azərbaycan Koreya ilə sənayenin müxtəlif sahələrində əməkdaşlıqda maraqlıdır.

Görüş zamanı sənaye və energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsi, həmçinin 2006-cı il may ayının 11-də Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Koreyanın Ticarət, Sənaye və Energetika nazirlikləri arasında imzalanmış qarşılıqlı anlaşma memorandumundan sonra görülmüş işlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti