...

Azərbaycan Dövlət Neft Şirkəti iki sualtı boru kəməri çəkib

Energetika Materials 27 Aprel 2007 15:15 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan Dövlət Neft Şikətinin (ADNŞ) "Neftqaztikinti" tikinti tresti "Neft Daşları" Neft-qaz Hasili İdarəsi üçün iki sualtı boru kəmərinin tikintisini başa çatdırıb. Bu barədə ADNŞ-dən məlumat verilib.

8217 metr uzunluqda olan boru kəmərlərindən biri "Palçıq təpəliyi" yatağında çəkilib. O, qaz-lift metodu ilə qapalı şəkildə qazın istifadəsi üçün nəzərdə tutulub. Boru kəmərinin tikintisi nəticəsində qazın sutkalıq hasilatı 100 min kub metr artıb.

11,5 km uzunluqda olan ikinci boru kəməri "Palçıq təpəliyi" və "Neft Daşları" yataqları arasında çəkilib. Sualtı boru kəmərləri suyun 26 metr dərinliyində "Süleyman Vəzirov" adlı borudüzən gəmi vasitəsilə çəkilib.

Proqnozlara əsasən, bu il "Neft Daşları" Neft-qaz Hasili İdarəsində 920 min ton neft hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti