Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhan limanına çatdırılan Azeri Light markalı neftin satışına dair tender elan edib. Bu barədə ADNŞ-dən verilən məlumatda deyilir.
Partiyanın həcmi 1 mln. barelə (135 min ton) bərabərdir. Yüklənib-daşınma iyunun 28-30-na planlaşdırılır. Tender mayın 25-də bağlanacaq.
Mayın 18-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $69,06/barel (əvvəlki qiymətlə müqayisədə $0,23/barel artıb) təşkil edib.
ADNŞ-in neftini 2007-ci ildə Ceyhandan bu şirkətlər alıb:
Glencore Energy UK Ltd - yanvar (1 mln. barel);
VİLMA OİL S.L - yanvar - fevral (1 mln. barel);
Select Energy GmbH - fevral (600 minbarel);
Select Energy GmbH - fevral-mart (1 mln. barel);
Glencore Energy UK Ltd - mart (1 mln. barel);
Addax BV- mart (1 mln. barel);
Sumato Energy Group Ltd - aprel (1 mln. barel);
Select Energy GmbH - aprel (1 mln. barel);
Arcadia Petroleum Limited - may (2 mln. barel);
OMV Supply may (1 mln. barel);
Vitol SA - iön (1 mln. barel).