...

Bakıda "Azərbaycan şirkətlərinin xidmətlərində idarəetmənin mütərəqqi texnologiyaları" konfransı olub (video)

Energetika Materials 14 İyun 2007 21:19 (UTC +04:00)
Bakıda "Azərbaycan şirkətlərinin xidmətlərində idarəetmənin mütərəqqi texnologiyaları" konfransı olub    (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Sənayə və Energetika Nazirliyində cümə axşamı nazirliyin və dünyada məşhur olan SAP AG, NR şirkətlərinin təşkilatçılığı ilə "Azərbaycan şirkətlərinin xidmətlərində idarəetmənin mütərqqi texnologiyaları" konfransı olub.

"İdarəetmədə yeni texnologiyaların tətbiqi vacibdir. Ona görə ki, sənaye, energetika və iqtisadiyyat ümumilikdə öz inkişafının yeni keyfiyyət səviyyəsindədir. Burda yeni texnologiyalar tətbiq olunmadan inkişaf mümkün deyil",-deyə konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Biz qərara gəldik ki, SAP şirkətinin imkanlarının Azərbaycan bazarınada və Azərbaycan şirkətləri tərəfindən tətbiqi üçün onun fəaliyyətinin bu cür təqdimatını edək. Biz bu cür görüş keçirməkdə yanılmamışıq",-deyə nazir söyləyib.

Əliyev bildirib ki, statistika yeni texnoloiyanın tətbiqinin dünyada əməyin məhsuldarlığının 8-10 faiz, bəzi sahələrdə isə daha çox artırdığını göstərir.

SAP-ın MDB üzrə icraçı direktoru Boris Volpenin sözlərinə görə, hazırda Rusiyanın 10 iri şirkəti və Rusiyaının neft və qaz sektorunda fəaliyyət göstərən ən iri şirkətlər SAP texnologiyalarndan istifadə edirlər.

"Əgər biz ən çətin biznes olan neft-qaz sahəsinə baxsaq, görərik ki, burda real zaman həcmində neft layları, resursları haqqında informasiya, maliyyə hesabatları tələb olunur. Bu gün sürətli qərar qəbul olunması şirkətlərin rəqabətində əsas üstünlüklərdən biridir",-deyə Volpe bildirib.

SAP şirkətinin biznes-həllər üzrə mütəxəssisi Yuliya Salamatina öz çıxışında bildirib ki, şirkət neft-qaz sahəsində qərar qəbulu üçün xəritələr yaradır. Bu qərarlara PSA tipli müqavilələrə uyğun olaraq hesabaalma daxildir. Bu qərarların əsas özəyi aktivlərin idarə olunması, investisya fəaliyyəti, yatırımlar, hesabat, istismar, maddi-texniki təchizatın mərkəzləşdirilməsidir. Qərarlar həmçinin hasilatda xərclər üzərində nəzarət, maya dəyərinin hesablanması və planlaşdırılmasını əhatə edir.

Bu zərf həmçinin emal, neft kimyası, aktivlərin planlaşdırılması, keyfiyyətin idarə olunması, insan sərmayəsinin idarə olunması üzərində qərarların qəbulunu əhatə edir.

Konfransda həmçinin HP şirkətinin texniki məsləhətçisi Aleksandr Qolovçenko çıxış edib. A.Qolovçenko "Neft-qaz sektorunun müəssisələri üçün xidmətlərdə müasir HP texnologiyaları" mövzusunda təqdimat keçirib. A.Qolovçenko qeyd edib ki, HP şirkətinin serverləri dünya bazarlarıının 33,6%-ni tutur. HP serverləri istifadə qənaətə imkan verir. Məsələn, neft və qaz sektorunda fəaliyyət göstərən və SAP həllərindən və HP Integrity serverindən istifadə edən OMV şirkəti ildə bir million Avroya qənaət edir.

A.Qolovçenko həmçinin HP BladeSystem serverləri haqqında ətraflı danışaraq hal-hazırda HP BladeSystem serverlərinin dünya bazarının 45%-dən çoxunu tutduğunu söyləyib. Bu serverlər müasir müəssisələr üçün müxtlif mürəkkəb fəaliyyət üçün optimaldır. Təqdimat zamanı o, neft-qaz sektorunda effektiv istifadə üçün mövcud olan HP texnologiyalarından danışıb.

Konfras zamanı SAP şirkətinin nümayəndələri aşağıda sadalanan məruzələri təqdim ediblər: "SAP şirkətinin MDB bazarında strategiyası. 2006-cı ildə MDB bazarında SAP şirkətinin işinin nəticəsi. İnkişaf perspektivləri", "Rusiyanın neft-qaz kompleksində SAP şirkətinin effektiv layihələrinin təcrübəsi", "Müasir neft-qaz müəssisələrinin idarə olunması. Strategiyadan effektiv nəticələrə".

SAP şirkəti dünyada biznesin idarə olunması üçün proqram qərarlarının qəbulu tədarükçüləri arasında dünya lideridir və bazar kapitallaşmasına görə dünyada aparıcı proqram təminatçısı olan aparıcı şirkətlər arasında üçüncü yeri tutur.

Hazırda dünyanın 12-dən çox ölkəsində 38 000-dən çox şirkətdə 12 milyon insan öz işində SAP proqram təminatından istifadə edir. Şirkətin dünyanın 50-dən çox ölkəsində törəmə müəssisələri var, "SAP" simvolu altında Frankfurt Birjası və Nyu-York birjası da daxil olmaqla dünyanın bir çox birjalarında təmsil olunur.

Bu 39 355 işçi ştatı və unikal partnyor ekosistemi olan dünyanın ən böyük korporasiyalarından biridir.

HP və SAP şirkətləri 1989-cü ildən qlobal səviyyədə əməkdaşlıq edirlər. HP SAP şirkətinin biznes-həllərindən istifadə edir. SAP HP şirkətinin Superdome, ProLiant avadanlıqlarının istifadəçisidir. Həmçinin, SAP şirkəti HP şirkətini Data Center Provider seçib.

Xəbər lenti

Xəbər lenti