...

Azərbaycan Neft Fondunun rəhbəri: ARDNF xarici menecerlərin siyahısını genişləndirir

Energetika Materials 22 İyun 2007 16:29 (UTC +04:00)
Azərbaycan Neft Fondunun rəhbəri: ARDNF xarici menecerlərin siyahısını genişləndirir

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2008-ci ildən etibarən Dövlət Neft Fondunun gəlirlərinin artması gözləntiləri ilə əlaqədar və xarici təcrübə nəzərə alınaraq fondun aktivlərinin idarə olunması üçün yeni xarici menecerlərin cəlb olunması planlaşdırılır. Bu barədə cümə günü ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Menecerlərıin sayı fondun aktivlərinin sayından deyil, ARDNF-in sorğusu əsasında şirkətlərin təkliflərinin cəlbediciliyindən asılı olacaq",-deyə Mövsümov söyləyib.

Fransanın Societe General Asset Management bankının idarəçiliyinə ARDNF-in 50 mln. dollarının verilməsi ilə bağlı müqavilə ləğv olunduqdan sonra onun iki menceri qalıb. Bu sərəncamında Fondun aktivlərinin 42,4 mln dolları olan Clarident (Credit Suisse bölməsi) və Deutschebank Asset Management-dir ($72,6 mln.).

Vəsaitlərin böyük hissəsi - 91,4 faizi Neft Fondounun özü tərəfindən idarə olunur. Deutschebank-ın idarəçiliyində olan vəsaitin xüsusi çəkisi 5,4 faiz, Clarident-də 3,2 faiz təşkil edir.

Azərbaycan Dövlət Neft Fondu 2007-ci ildə RAMP (Reserve Assets management programme) proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına 100 mln. dollar təqdim edib.

Neft Fondunun mövcud investisya siyasətinə əsasən, xarici menecerlərin idarəçiliyinə aktivlərin 40 faizindən çoxu verilə bilməz.

2007-ci il aprelin 1-nə olan göstəriciyə görə, ARDNF-in aktivi ilin əvvəli ilə müqayisədə 17,7 faiz artaraq 1720,3 mln. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti