...

"BP Azerbaijan" şirkəti "Sahibkarlığın inkişafı və təlim proqramı"nın həyata keçirilməsinə başlayır

Energetika Materials 25 İyun 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "BP" və onun Azərbaycanda neft və qaz layihələri üzrə tərəfdaşları yerli biznesin inkişafının dəstəklənməsi üçün milyonlarla dollar dəyərində yeni bir üçillik təşəbbüsün həyata keçirilməsinə - "Sahibkarlığın inkişafı və təlim proqramı"na (SİTP) başlayıblar.

Proqram "BP"nin Azərbaycandakı müqavilələrində yerli ehtiyatlardan istifadəni artırmaq və bununla da yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına töhfə vermək səylərinin bir hissəsidir.

"SİTP-in məqsədi Azərbaycanın iqtisadi bazasının genişləndirilməsinə və yerli şirkətlərin daxili bazarlarda, eləcə də daha geniş Xəzər və Qara dəniz regionlarında rəqabət aparmaq qabiliyyətinin artırılmasına töhfə verməkdir" - deyən "BP Azərbaycan" şirkətinin prezidenti Bill Şreyder əlavə edib: "Bizim fikrimizcə, SİTP beynəlxalq standartlara çatmaq və neft-qaz sənayesi üzrə təchizat müqavilələri əldə etmək məqsədilə rəqabət aparmaq üçün sahibkarlara yaradılmış əla bir imkandır".

SİTP prosesi potensial yerli təchizatçıların müəyyənləşdirilməsini, yerli şirkətlər üçün başlanğıc seminarların, potensial təchizatçıların çatışmazlıqlarının təhlili və müvafiq hallarda xüsusi inkişaf planının yaradılmasını və həyata keçirilməsini əhatə edəcək.

Bu proqram "BP" və tərəfdaşlarının bu yaxınlarda Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycan Mikromaliyyələşdirmə Bankı ilə başladıqları 15 milyon dollar dəyərində təchizatçı müəssisələri maliyyələşdirmə mexanizmini tamamlamaq üçün tərtib olunur.

"Bu proqram yerli şirkətlərə hazırkı rəqabət qabiliyyətlərini və standartlarını qiymətləndirməyə və inkişaf üçün onlara nə lazım olduğunu müəyyənləşdirməyə yardım edə bilər" - deyən Biznes İnkişaf Mərkəzinin meneceri Samir Tağıyev əlavə edib: "Bu, həmçinin yerli şirkətlərə həmin standartlara çatmaq üçün tələb olunan maliyyə öhdəliklərini müəyyənləşdirməyə kömək edə bilər".

"BP" öz tərəfdaşları adından rəqabətə əsaslanan tender prosesi nəticəsində SİTP-in həyata keçirilməsi üzrə tərəfdaş kimi ACDI/VOCA təşkilatını seçib.

Xəbər lenti

Xəbər lenti