...

Gəncədə əhalinin qaz haqqı üzrə ödəmələri üç dəfə artıb

Energetika Materials 6 İyul 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində iyun ayında əhalinin qaz haqqı üzrə ödəmələri ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artıb. Bu barədə cümə günü Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəis müavini Şubay Nəsibov məlumat verib. Nəsibov bildirib ki, ötən ay əhaliyə 287 min 472 manat dəyərində olan 6 mln. 905 min kubmetr mavi yanacaq satılıb. Abonentlər tərəfindən isə 202 min 738 manat ödəniş edilib. Bu isə sərf olunan qazın 70,5%-i deməkdir. Ötən ilin iyun ayında isə bu göstərici yalnız 24,5 % təşkil edib.

Nəsibovun sözlərinə görə, büdcə, sənaye və digər təşkilatları da daxil etsək, ötən ay 388 min 897 manat yığım təşkil edib ki, bu da istifadə olunan yanacağın 90,8%-dir.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti