Azərbaycan, Bakı/ Trend / Yeddi ay ərzində "Azərenerji" səhmdar cəmiyyəti dövlət büdcəsinə 44,8 mln. manat köçürüb ki, bu da ötən ilin müvafiq dövründən 3,3 dəfə çoxdur. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.
İyul ayında dövlət büdcəsinə 7 mln. manat köçürülüb, bu ötən ilin eyni dövründən 3,2 dəfə çoxdur.
Büdcə ayırmalarının artması yanvar ayının əvvəlində "Azərenerjinin" istehsalçısı olduğu elektrik enerjisinin dəyərinin üç dəfə artması, həmçinin sayğacların quraşdırılması hesabına abunəçilərə verilmiş elektrik enerjisi haqqının yığımındakı artımla əlaqədardı.