...

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Maliyyə Materials 27 İyul 2020 13:08 (UTC +04:00)
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Amerikada iqtisadi qeyri-müəyyənliyin artması və bu həftə hökümət tərəfindən təqdim ediləcək yeni iqtisadi proqramın, konqresdə müzakirələri fonunda gözləntilər, dolların aparıcı valyutalar qarşısında dəyər itirməsinə səbəb olur. Sürətlə bahalaşaraq, EUR/USD məzənnəsi artıq 1.17$-a ticarət edilir və 1.19$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə axşamı ABŞ və cümə gün Avrozonanın iqtisadi inkişafına dair dərc ediləcək önəmli fundamental göstəricilər önəmli rol oynayacaqdır. Çərşənbə günü Amerika Mərkəzi Bankının iqtisadi gözləntilərinə dair açıqlamalar da investorlar tərəfindən böyük maraqla gözlənilməkdədir.

GBP.

GBP/USD məzənnəsi də bahalaşmaqda davam edir. 1.28$-a kimi artıq bahalaşan məzənnə, 1.2860$-ın qırılması ilə 1.2936$-a kimi bahalaşa bilər.

TRY.

USD/TRY məzənnəsi isə 6.85-6.83TL aralığında dalğalanmaqda davam edir və 6.83TL-nin aşağı istiqamətdə qırılaraq, lirənin 6.80TL-yə kimi bahalaşa biləcəyi proqnozları üstünlük təşkil edir.

OIL.

Qlobal iqtisadiyyatda iqtisadi və siyasi risklərin yenidən artması, Avropanın Brent neftinin də korrekiyasına səbəb olub. Bir barel üzrə 45$-a kimi dəyər qazandıqdan sonra ucuzlaşmağa başlayıb. Lakin hazırda 43$-a təklif edən qiymət, ümumulikdə 42$-ın üzərində qaldıqca, yenidən bahalaşmağa başlaya biləcəyini proqnozlarının üstünlük təşkil etməsi üçün önəmli əsasdır.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.

GOLD.

Foreks bazarlarında dolların təzyiq altında olması, qızılın bahalaşmasına səbəb olur. Beləliklə, artıq 1933$ (62.2 $/qram) üzərində təklif edilən bir unsiya üzrə qiymət, 1945$-ın (62.5 $/qram) qırılması ilə 1984$-a (63.8 $/qram) kimi dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti